Qubada zəncirvari qəza baş verib

Qubada zəncirvari qəza baş verib
02 May 2025 15:41

Qubada zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Qəza Əliqulu Nərimanov və Qələbə küçələrinin kəsişməsində qeydə alınıb.

News365.az-ın məlumatına görə, idarəetməni itirən avtomobil əsas yola çıxarkən yol kənarındakı dirəyə çırpılıb. Ardınca hərəkətdə olan digər nəqliyyat vasitəsi yol kənarında dayanmış avtomobilə çırpılıb və nəticədə həmin maşınla ilk qəzaya səbəb olan avtomobil toqquşub.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada