Goranboyda kanal daşdı, evləri su basdı

Goranboyda kanal daşdı, evləri su basdı
11 Apr 2025 18:05

Goranboy rayonunda suvarma kanalı daşıb, evləri və həyətyanı sahələri su basıb.

Hadisə Goranboy rayonunun Tapqaraqoyunlu kəndində baş verib.

İncə çayından çəkilən suvarma kanalının daşması nəticəsində ümumilikdə 2 fərdi yaşayış evinə və 2 yardımçı tikiliyə, həmçinin bəzi həyətyanı sahələrə su dolub.

Hadisə yerinə rəsmi qurumların nümayəndələri cəlb ediliblər.

Məlumat üçün bildirək ki, son günlər Gəncə və ətraf bölgələrdə yağışlı hava müşahidə olunur.


Sizin reklam burada
Sizin reklam burada