Gimnastımız Dünya Kubokunda yarımfinala yüksəldi

Gimnastımız Dünya Kubokunda yarımfinala yüksəldi
22 Fev 2025 16:48

Batut gimnastikası üzrə Azərbaycan millisinin üzvü Selcan Mahsudova Bakıda keçirilən Dünya Kubokunda yarımfinala vəsiqə qazanıb.

News365.az xəbər verir ki, idmançı buna Milli Gimnastika Arenasında təşkil olunan ilk yarış günündə 55.000 xal toplayaraq nail olub. O, bu göstərici ilə 21 qadın gimnast arasında 5-ci yeri tutub.

Bu növdə ən çox xal toplayan ilk 8 idmançı yarımfinala yüksəlib. Azərbaycan yığmasının digər üzvü Şəfiqə Hümbətova (46.890) isə 18-ci olub.

Bu gün, həmçinin tamblinq üzrə kişi və qadınlar arasında təsnifat mərhələsinin yarışları keçiriləcək.

Dünya Kubokuna fevralın 23-də yekun vurulacaq.


Sizin reklam burada
Sizin reklam burada