Gərginlik artır: “ABŞ-a cavabımız sərt olacaq”

Gərginlik artır: “ABŞ-a cavabımız sərt olacaq”
16 Mar 2025 10:48

“ABŞ-ın Yəmənə endirdiyi zərbələr cavabsız qalmayacaq”.

Bu barədə “Al Masirah”ın məlumatında qeyd olunub.

Bildirilib ki, Yəmənin Ənsarullah (Husilər) hərəkatı bəyanat yayıb.

“Özümüzü mövcud olan hər şeylə müdafiə edəcəyik. ABŞ təcavüzü yalnız Həmas-İsrail münaqişəsində Fələstin xalqını dəstəkləmək əzmini gücləndirəcək. Yəməndəki silahlı qüvvələrimiz eskalasiya qarşı durmağa hazırdır”, – deyə burada əks olunub.

Qeyd edək ki, martın 15-i Donald Tramp ABŞ ordusuna Yəməndə husilərə qarşı hərbi əməliyyatlara başlamağı əmr edib. Daha sonra ABŞ Mərkəzi Komandanlığı Ənsarullah hərəkatına qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını elan edib. Əməliyyatın hədəfi Husilərin strateji məntəqələrini sıradan çıxarmaqdır. Məqsəd isə Amerikanın maraqlarını qorumaq, təhdidlərin qarşısını almaq və beynəlxalq gəmiçiliyin təhlükəsizliyini təmin etməkdir.


Sizin reklam burada
Sizin reklam burada