Martın 21-də Gəncədə qaz balonu partlayışı nəticəsində yaralanan ana və oğlu evə buraxılıb.
TƏBİB-dən News365.az-a bildirilib ki, partlayışda zərərçəkən iki nəfər 21.03.2025-ci il tarixində saat 17:30 radələrində (kişi və qadın cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunublar.
Pasiyentlərə üz nahiyəsinin yüngül yanıq diaqnozları təyin olunub.
Onlara zəruri tibbi yardım göstərilib, ambulator müalicə üçün evə buraxılıblar.