Keçmiş vəkil Elman Paşayevlə bağlı istintaq başa çatıb

Keçmiş vəkil Elman Paşayevlə bağlı istintaq başa çatıb
25 Mar 2025 15:01

Rusiyada fəaliyyət göstərən azərbaycanlı keçmiş vəkil Elman Paşayevin dələduzluq ittihamı işi üzrə istintaq yekunlaşıb.

Bu barədə Rusiya İstintaq Komitəsindən bildirilib.Qeyd olunub ki, Rusiya İstintaq Komitəsinin hərbi-istintaq orqanları keçmiş vəkil Elman Paşayevə qarşı cinayət işi üzrə istintaq hərəkətlərini başa çatdırıb. O, Rusiya Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi, 30-cu maddəsinin 3-cü hissəsi, 159-cu maddəsinin 4-cü hissəsi ("Dələduzluq və xüsusilə dələduzluq cəhdi") ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə ittiham olunur.

İttihama görə, 2024-cü ilin yanvarında müttəhim dostu Aleksey Blinovskini böyük məbləğdə pul müqabilində onu və həyat yoldaşı Yelena Blinovskayanı cinayət məsuliyyətindən azad edə biləcəyinə inandırıb. Paşayev Blinovskidən 47 milyon rubldan artıq pul alıb.

Keçmiş vəkil 2023-cü ilin iyulundan 2024-cü ilin sentyabrına qədər oxşar üsulla Aleksey Zaxarova qarşı 15 milyon rubldan çox dələduzluq etməkdə də ittiham olunur.


Sizin reklam burada
Sizin reklam burada