Gündəlik həyatın stresindən, davamlı bildirişlərdən və informasiya axınından yoruluruq. Mütəxəssislər bunun qarşısını almaq üçün vaxtaşırı təbiətlə əlaqə qurmağı və otlara toxunmağı tövsiyə edirlər. Çünki təbiət insanın həm psixoloji, həm də emosional vəziyyətini yaxşılaşdırır.
Ayaqlarınız otlara toxunduqda nə hiss edirsiniz? Yəqin ki, daha yüngül, daha sakit və bütün mənfi enerjidən azad olmuş kimi hiss edirsiniz. Təmiz hava, yumşaq yaşıl otlar və torpağın dərinliyini hiss etmək bir anda ruh halınızı yüksəldə bilər. Elm də bunu təsdiqləyir! Təbiətdə vaxt keçirmək stres hormonu olan kortizolu azaldır və insanı daha rahat, daha xoşbəxt hiss etdirir.
Özünüzü çox gərgin və narahat hiss edirsinizsə, bir az otlara toxunun. Çılpaq ayaqla gəzmək və ya sadəcə çimərlikdə oturmaq belə bədəninizə rahatlama siqnalı göndərən parasimpatik sinir sistemini aktivləşdirir. Bu da təbiətin təbii bir stres terapiyası olmasını sübut edir.
Bəzən dünən yediyiniz yeməyi belə unudursunuz, ancaq nəfəs aldığınızı xatırlayın! Otpara toxunmaq insanı hazırkı anı yaşamağa məcbur edir. Torpağın sərinliyini, yarpaqların xışıltısını hiss etdikdə, keçmiş peşmanlıqlardan və gələcək narahatlıqlarından uzaqlaşırsınız.
Təbiət insanın enerji mənbəyidir. Təmiz hava, günəş işığı və otlara toxunmaq kimi sadə bir hərəkət bədəninizin enerji səviyyəsini tənzimləməyə kömək edir.
Çəmənlikdə çılpaq ayaqla gəzmək və ya torpağa basmaq bədənin yığdığı elektriki boşaltmağa kömək edir. Bu, bioloji ritminizi tənzimləyir və sizi daha tez yuxuya dalmağa, daha enerjili oyanmağa kömək edir.
Araşdırmalar göstərir ki, yaşıl ərazilərdə olmaq beyinin idrak funksiyasını və problem həll etmə bacarıqlarını artırır. Əgər beyninizdə qarışıqlıq varsa, dərhal çölə çıxın və otlara toxunun. Bu, daha aydın düşünməyinizə və qərar vermə qabiliyyətinizi artırmağa kömək edəcək.
Siz də bu sadə, amma möcüzəvi vərdişi həyatınıza daxil edin və təbiətin gücündən faydalanın!