Türkiyədə etirazlar: 172 nəfər həbs edildi

Türkiyədə etirazlar: 172 nəfər həbs edildi
25 Mar 2025 23:30

İstanbul Böyüşəhər Bələdiyyəsinin rəhbəri Əkrəm İmamoğlu barəsində aparlan korrupsiya və terrorizmlə bağlı istintaqa etiraz edərək iğtişaşlara qoşulan şəxslərdən 172-i həbs edilib.


News365.az Türkiyə mediasına istinadən xəbər verir ki, saxlanılan şəxslərdən 29-u şərti azadlığa buraxılıb. Digər tərəfdən, 6 nəfərə ev həbsi tətbiq edilib, biri isə sərbəst buraxılıb.


Qeyd edək ki, Türkiyədə martın 19-dan 25-dək keçirilən etiraz aksiyalarında 1418 şəxs saxlanılıb


Sizin reklam burada
Sizin reklam burada