Ukrayna böhranı İran, Çin, Şimali Koreya və Rusiya arasında yaxınlaşmanı sürətləndirib və bu ölkələr arasında əməkdaşlığın genişlənməsi geridönməz prosesə çevrilib.
News365.az xəbər verir ki, bu barədə ABŞ Milli Kəşfiyyat İdarəsinin hesabatında deyilir.
"2022-ci ildən Çin, Rusiya, İran və Şimali Koreya daha da yaxınlaşıb. Ukraynada müharibənin aradan qaldırılması çətin ki, bu ikitərəfli münasibətləri müharibədən əvvəlki vəziyyətinə qaytarsın", - hesabatda bildirilib.