Fövqəladə Hallar Nazirliyinin
zabiti qəfil vəfat edib.
News365.az “Qafqazinfo”ya
istinadən xəbər verir ki, FHN-in daxili xidmət polkovnik-leytenantı Ədalət
Ələkbərov səhhətində yaranmış problem səbəbindən dünyasını dəyişib.
Qeyd
edək ki, Ə.Ələkbərov 2018-ci ildə Prezidentin Sərəncamı ilə “Fövqəladə hallar
orqanlarında xidmətdə fərqlənməyə görə” medalı ilə təltif olunub.