Fransa Zəngəzurda "konsulluq ofisi" açır

Fransa Zəngəzurda "konsulluq ofisi" açır
25 Mar 2025 22:45

Fransa Zəngəzur bölgəsində tammiqyaslı konsulluq deyil, "konsulluq ofisi" açmağa qərar verib.


News365.az xəbər verir ki, bu barədə Fransanın Ermənistandakı səfiri Olivye Dekottini deyib.


Onun sözlərinə görə, bu ofis fəxri konsul tərəfindən idarə olunacaq və Gorus şəhərində yerləşəcək.


Dekottini Gorusun seçilmə səbəbini belə əsaslandırıb:


“Gorus bir tərəfdən Zəngəzurun kəsişmə nöqtəsidir, digər tərəfdən isə fransız dili ilə xüsusi bağlara malikdir. Əhalinin tərkibini nəzərə alsaq, bu, Ermənistanın ən çox fransızdilli şəhəri ola bilər”.


Sizin reklam burada
Sizin reklam burada