Paşinyan və Əraqçi Ermənistanla Azərbaycan arasında sülh sazişini müzakirə ediblər - YENİLƏNDİ

Paşinyan və Əraqçi Ermənistanla Azərbaycan arasında sülh sazişini müzakirə ediblər - YENİLƏNDİ
25 Mar 2025 17:59

Ermənistanın baş naziri Nikol Paşinyanla İranın xarici işlər naziri Abbas Əraqçi İrəvan və Tehran arasında ikitərəfli münasibətləri müzakirə ediblər.

Bu barədə News365.az Ermənistan hökumətinin məlumatına istinadən xəbər verir.

Baş nazir görüşdə qeyd edib ki, Ermənistan və İran arasında münasibətlər təbii maraqlara əsaslanır.

A.Əraqçi, öz növbəsində bildirib ki, iki ölkə arasında münasibətlər strateji əhəmiyyət daşıyır.

"Həmsöhbətlər Ermənistan və İran arasında iqtisadi sahədə, o cümlədən infrastruktur və energetika sahəsində yeni layihələrin həyata keçirilməsinə toxunublar", - məlumatda qeyd olunub.

Bundan əlavə, N.Paşinyan və A.Əraqçi görüş zamanı Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması, o cümlədən sülh sazişinin imzalanması, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.

***


Ermənistanın baş naziri Nikol Paşinyan İranın xarici işlər naziri Abbas Əraqçini qəbul edib.

News365.az xəbər verir ki, məlumatı xarici KİV yayıb.

Bildirilib ki, baş nazir və XİN başçısı ikitərəfli münasibətləri, habelə regional və qlobal məsələləri müzakirə ediblər.

Qeyd edək ki, iranlı nazir martın 24-25-də Ermənistanda səfərdədir. O, Nikol Paşinyandan əvvəl ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşüb, birgə brifinq keçirib.


Sizin reklam burada
Sizin reklam burada