Fuad Nağıyevdən yeni təyinatlar

Fuad Nağıyevdən yeni təyinatlar
14 May 2025 19:47

İşində yol verdiyi nöqsanlara görə şiddətli töhmət alan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev regional idarələrdə kadr təyinatı aparıb.


News365.az xəbər verir ki, Təyyar Səlahəddin oğlu Quliyev İsmayıllı Regional Turizm İdarəsinə rəis təyin edilib.


Şahin Abid oğlu Məlikov Şəki Regional Turizm İdarəsinə, Samir Bakir oğlu Cabarov Quba Regional Turizm İdarəsinə rəhbərlik edəcəklər.


Bir neçə ay əvvəl Dövlət Turizm Agentliyinin Mingəçevir Regional Turizm İdarəsinin rəisi Fariz Rasim oğlu Qarayev vəzifəsindən azad edilərək, Gəncə Regional Turizm İdarəsinin rəisi vəzifəsinə gətirilmişdi. Tural Adil oğlu Kərimov isə Mingəçevir Regional Turizm İdarəsinin rəisi təyin edilib.


Sizin reklam burada
Sizin reklam burada