Gəncədə müayinə üçün xəstəxanaya gələn 4 uşaq anası orada ölüb.
News365.az xəbər verir ki, hadisə Gəncə şəhər Abbas Səhhət adına xəstəxanada baş verib.
Şəhər sakini, 1966-cı il təvəllüdlü Ramilə Bayramova qan təzyiqi ilə bağlı xəstəxananın təcili yardım şöbəsinə müraciət edib.
Müayinə edilərkən qadının təzyiqi qəfil yüksəlib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Qadın müayinə otağında dünyasını dəyişib