Trampın "Böyük Qanun Layihəsi" konqresdə gərginlik yaratdı - VİDEO

Trampın "Böyük Qanun Layihəsi"  konqresdə gərginlik yaratdı - VİDEO
14 May 2025 20:15

ABŞ prezidneti Donald Trampın “Böyük qanun layihəsi” Konqresində rəsmi olaraq müzakirəyə çıxarılıb.


News365.az-ın məlumatına görə, İqtisadi və sosial sahələrdə mühüm dəyişiklikləri nəzərdə tutan layihə son illərin ən böyük islahat təşəbbüslərindən biri hesab olunur. O, federal büdcənin yenidən formalaşdırılması, sosial təminat sisteminin təkmilləşdirilməsi, təhsil və səhiyyəyə əlavə vəsait ayrılması, eləcə də yaşıl enerji proqramlarının genişləndirilməsini nəzərdə tutur. Lakin sənəd Konqresdə Demokratlar və Respublikaçılar arasında ciddi siyasi debatlara səbəb olub. Demokratlar islahatlar paketinin sosial yönümlü maddələrini dəstəkləyiblər. Respublikaçılar isə qanun layihəsinin federal büdcəyə əlavə təzyiq yaradacağını söyləyiblər. Onlar bəzi maddələrin yenidən işlənməsini tələb ediblər. Hökumət rəsmilərinin sözlərinə görə isə bu islahatlar həm iqtisadi dayanıqlığı gücləndirmək, həm də sosial bərabərliyə təşviq məqsədi daşıyır.


Qanun layihəsini ictimaiyyət və ekspertlər də diqqətlə izləyirlər. Bəzi iqtisadçılar onun uzunmüddətli perspektivdə inflyasiya ilə mübarizəyə və iqtisadi artıma töhfə verəcəyini düşünürlər. Digərləri isə əlavə dövlət xərclərinin borc yükünü artıra biləcəyindən ehtiyatlanırlar. Layihənin Konqresdə ilkin müzakirə mərhələsi bir neçə gün davam edəcək. Qanunun yekun mətni üzərində razılıq əldə edildikdən sonra səsverməyə çıxarılacaq.




Sizin reklam burada
Sizin reklam burada