Fransa Prezidenti Emmanuel Makron BMT Baş Assambleyasının 80-ci sessiyasında bir sıra ölkələri Fələstinin dövlət kimi tanınması ideyası ətrafında birləşdirməyi planlaşdırır.
Bu barədə "Politico" qəzeti mənbələrə istinadən məlumat yayıb.Məlumata görə, iclasda Avstraliya, Andorra, Belçika, Böyük Britaniya, Kanada, Lüksemburq, Malta, Portuqaliya və Fransa Fələstini dövlət kimi tanıdıqlarını elan edəcəklər.