Ahmet Türk bəraət aldı, amma yenə də vəzifəsinə qayıda bilmədi

Ahmet Türk bəraət aldı, amma yenə də vəzifəsinə qayıda bilmədi
15:18

Mardin Böyükşəhər Bələdiyyə Başçısı Ahmet Türkün vəzifəsindən uzaqlaşdırılaraq yerinə qəyyum təyin edilməsinə səbəb olan məhkəmə işindən bəraət almasına baxmayaraq, o, hələ də vəzifəsinə qayıda bilməyib.

News365.az xəbər verir ki, Daxili İşlər Nazirliyi Mardinin hazırkı qəyyumu Tuncay Akkoyunun səlahiyyət müddətini daha iki ay uzadıb.

Qeyd edək ki, Ahmet Türk bəraət qərarından sonra jurnalistlərin “Yenidən vəzifəyə qayıtmağınız gözlənilirmi?” sualına belə cavab vermişdi:
“Bizim belə bir gözləntimiz yoxdur.”

Bununla da, Mardin Böyükşəhər Bələdiyyəsində rəhbərlik böhranı davam edir.

News365.az


Sizin reklam burada
Sizin reklam burada