Bakıda aptekdə SOYĞUNÇULUQ: saxlanılan var

Bakıda aptekdə SOYĞUNÇULUQ: saxlanılan var
16:52

Suraxanı rayonunda soyğunçuluq edən şəxs saxlanılıb.

News365.az xəbər verir ki, noyabrın 3-də paytaxtın Suraxanı rayonunda soyğunçuluq hadisəsi baş verib.

Rayon ərazisindəki apteklərin birində çalışan şəxs polisə müraciət edərək 200 manatının tanımadığı şəxs tərəfindən soyğunçuluq yolu ilə ələ keçirildiyini bildirib. 

Suraxanı RPİ 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 31 yaşlı E.Kərimov saxlanılıb.

Araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada