Pensiya artımı ilə bağlı yeni açıqlama - Nazirlikdən rəsmi məlumat

Pensiya artımı ilə bağlı yeni açıqlama - Nazirlikdən rəsmi məlumat
14:39

Qanunvericilik əsasında hər il bütün pensiyalar Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata əsasən, əvvəlki ilin orta aylıq əməkhaqqı artımı ilə bağlı rəsmi statistik göstərici əsasında indeksləşdirilərək artırılır.

News365.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.

Açıqlamada qeyd olunur ki, proqnoz göstəricilərə əsasən 2026-cı il üzrə indeksasiyanın təqribən 9,2% səviyyəsində olması, orta pensiyanın məbləğinin isə yenə də 9,2% artaraq 590 manata, yaşa görə pensiyanın məbləğinin isə 629 manata çatması proqnozlaşdırılır.


Sizin reklam burada
Sizin reklam burada