Ramiz Mehdiyevlə bağlı yeni sensasiya - “Həbs olunsa, həyat tərzi belə olacaq”

Ramiz Mehdiyevlə bağlı yeni sensasiya - “Həbs olunsa, həyat tərzi belə olacaq”
14:53

Ramiz Mehdiyev kimi varlı şəxslər həbsxanaya düşdükdə, adətən maddi imkanları və əlaqələri sayəsində orada daha rahat şəraitdə qalırlar. Belə hallarda onlara xüsusi münasibət göstərilir, hətta yeməkləri çox vaxt çöldən gətirilir. Bu səbəbdən cəza real məhrumiyyət şəraiti kimi deyil, formal “həbs” kimi görünür.

Mövzuya aydınlıq gətirmək üçün danışan vəkil Ramil Süleymanov bildirib ki, həbsxanalarda müəyyən ödəniş müqabilində daha komfortlu cəzaçəkmə otaqları mövcuddur:

Adnan Əhmədzadəni neçə il həbs cəzası gözləyir? | KONKRET

“Hər kəsə məlumdur ki, həbsxanaların daxilində müəyyən ödənişlərlə daha rahat cəzaçəkmə yerləri və ayrıca otaqlar var. Amma bir şəxs üçün ən dəyərli hiss onun azadlığıdır. O, qızılın içində də qalsa, bunun bir mənası yoxdur. Çünki əsas olan azadlığının əlindən alınmasıdır. Bu, həmin şəxs üçün ən böyük cəzadır.”

Vəkil qeyd edib ki, tanınmış vəzifəli şəxslərin də bu kimi imtiyazlardan yararlanması mümkündür:

“Bu məsələdə tanınan imtiyaz və yerləşdirmə qaydaları yəqin ki, Ramiz Mehdiyevə də tətbiq olunacaq. Bunu zaman göstərəcək. Hazırda dustaq ailələri tərəfindən cəzaçəkmə müəssisələrinə ərzaqlar aparılır, onlara pul göndərilir ki, daxili mağazalardan alış-veriş etsinlər. Bu qayda hər kəs üçün keçərlidir.”

Ramil Süleymanov sonda vurğulayıb ki, cəzaçəkmə müəssisələrindəki rejim və dustaqlara tanınan hüquqlar “Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi” ilə tənzimlənir.


Sizin reklam burada
Sizin reklam burada