Beyin ölümünü komadan necə fərqləndirmək olar?

Beyin ölümünü komadan necə fərqləndirmək olar?
16:06

“Beyin ölümü və koma bir-birindən tam fərqli anlayışlardır".

News365.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı nazirliyin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova səsləndirib.

Onun sözlərinə görə, beyin ölümü insanın ölüm anı hesab olunur:

“Tənəffüs mərkəzi uzunsov beyində yerləşir və beyin şişməsi nəticəsində sıxılarsa, tənəffüs dayanır. Belə şəxs yalnız süni tənəffüs aparatına bağlı şəkildə, maksimum 72 saat yaşaya bilir. Bu müddətdən sonra isə ürək dayanır",– deyə o bildirib.

Abbasovanın dediyinə görə, koma isə beyin qabığının zədələnməsi nəticəsində yaranır və bu vəziyyətdə olan pasiyentlər aylarla, hətta illərlə yaşaya bilirlər:

“Komadakı şəxsin tənəffüsü var, aparat sadəcə köməkçi rol oynayır. Uşaqlarda isə komatoz vəziyyət 3 aydan 9 aya qədər davam edə bilər, daha sonra ya bitkisayalı vəziyyətə keçir, ya da ayılır".


Sizin reklam burada
Sizin reklam burada