Dilek İmamoğlunun diplomatik pasportu ləğv edildi - Özgür Özəldən sərt açıqlama

Dilek İmamoğlunun diplomatik pasportu ləğv edildi - Özgür Özəldən sərt açıqlama
15:40

CHP sədri Özgür Özəl, İstanbul Böyükşəhər Bələdiyyə Başçısı Əkrəm İmamoğlunun həyat yoldaşı Dilek İmamoğlunun diplomatik pasportunun ləğv edildiyini açıqlayıb.

News365.az xəbər verir ki, Özgür Özəl bu barədə Bülent Ecevitin anım mərasimindən sonra jurnalistlərə açıqlama verib.

“İndi ilk dəfə sizə söyləyəcəyim bir məsələ var. Daha əvvəl danışmamışdıq. Hüquq dövlətində bu qədər ayıb olmaz. Dövlət işi-gücü buraxıb ailələrlə məşğul olmaz. Dilek xanım xaricə çıxacaqdı, Əkrəm İmamoğluna verilən mükafatı qəbul etmək üçün. Amma ona xəbər göndəriblər – diplomatik pasportunu ləğv ediblər,” – deyə CHP sədri bildirib.

Özəlin sözlərinə görə, Əkrəm İmamoğlu seçilmiş İstanbul Böyükşəhər Bələdiyyə Başçısıdır və onun barəsində qüvvəyə minmiş hər hansı bir məhkəmə qərarı yoxdur:
“Bir tərəfdən ‘hüquq dövlətiyik’ deyirlər, digər tərəfdən iddianamə belə olmadan hüquq pozuntularına yol verirlər. Diplomatik pasportunun ləğv edilməsi tamamilə siyasi addımdır.”

Demirtaşın azadlığa buraxılması məsələsi
Özgür Özəl həmçinin Selahattin Demirtaşın azadlığa buraxılması ilə bağlı da açıqlama verib:
“Anayasa Məhkəməsi və AİHM qərarlarının hamısı icra edilməlidir. Bu, hüququn tələbidir. İnsanların 9-10 ilini əllərindən aldılar. Demirtaşla bağlı yaxşı xəbər gəlməsini arzulayıram.”

Bahçelinin 29 Oktyabr açıqlamasına reaksiya
MHP lideri Devlet Bahçelinin son açıqlamalarına da toxunan Özgür Özəl deyib:
“Onların arasında çat olsa nə olar, olmasa nə olar? Amma dünən Bahçeli bir hayırlı söz dedi. Bu, Türkiyə üçün önəmli bir addımın başlanğıcı ola bilər. Amma onun dediklərindən mənasız nəticələr çıxarmaq doğru deyil.”

News365.az 


Sizin reklam burada
Sizin reklam burada