“Rusiya Ermənistan və Azərbaycan arasında hələ tam nizamlanmamış münasibətlərin tənzimlənməsinə əhəmiyyətli töhfə verib”.
News365.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Moskvada MDB Təhlükəsizlik şuraları katiblərinin görüşündən sonra jurnalistlərə açıqlamasında bildirib.
“Bu müddət ərzində Rusiya orada vəziyyətin daha sabit olması və nəhayət, sülhün bərqərar olması üçün hər şeyi edib”, - deyə Şoyqu söyləyib.
Şoyqunun fikrincə, Cənubi Qafqazda vəziyyət nisbətən sabitləşib və bu işdə prosesdə iştirak edən ölkələr, ilk növbədə Rusiya böyük rol oynayıb.
Rusiya TŞ katibinin sözlərinə görə, çoxlarında elə təəssürat yarana bilər ki, ABŞ dünyada səkkiz və ya doqquz münaqişəni həll edən yeganə ölkədir.
Bununla o, ABŞ Prezidenti Donald Trampın son 8 ayda 8 münaqişəni həll etdiyi ilə bağlı bəyanatlarına işarə edib.