Xəbər
verdiyimiz kimi, Fəzail Ağamalının sədri olduğu Ana Vətən Partiyasının son qurultayında qalmaqal yaşandı.
F.Ağamalı
partiyaya rəhbərliyini deputat qızı Günay Ağamalıya həvalə etmək istəyib. Lakin
partiya üzvlərinin bir qismi onun oğlu Elçin Ağamalının namizədliyini dəstəkləyib.
Qurultayda
F.Ağamalı ilə oğlu arasında gərginlik yaşanıb. Mühafizəçilərin müdaxiləsi nəticəsində
ata-oğul bir-birindən uzaqlaşdırılıb. Və qurultayın işi qeyri-müəyyən vaxtadək
təxirə salınıb.
Hadisədən
sonra Elçin Ağamalı bir qədər də irəli gedib Ədliyyə Nazirliyinə müracət edib.
Və müraciətində iddia edib ki, qurultayda o səs çoxluğu ilə sədr seçilib. Ona
görə də onun adı AVP-nin sədri kimi qeydiyyata alınsın.
Təbii ki,
baş verənlər Fəzail Ağamalının səhətinə təsirsiz qalmayıb. O evə həkim çağırıb,
müəyyən prodsedurlar qəbul etmək zorunda qalıb.
Nə təsadüfdürsə
bundan az sonra keçmiş deputatın hər kəsdən gizlətdiyi oğlu üzə çıxdı.
Məlumata görə, həmin şəxs 1987-ci il təvəllüdlü Ağamalıyev İlqar Fəzail
oğludur. Ailədə onu daha çox Oleq kimi çağırdıqları üçün bu adla daha çox
tanınıb.
İlqarın anası rus əsilli qadındır. Onlar 80-ci illərin sonunda Bakı şəhərində
tanış olublar. Bu münasibətdən bir oğlan övladı dünyaya gəlib.
Fəzail Ağamalının rəsmi nikahda olan həyat yoldaşı bu məsələni bildikdən sonra
ailədə ciddi problemlər yaşanıb. Bu səbəbdən də F.Ağamalı oğlunu və qeyri-rəsmi
münasibətdə olduğu qadını Bakıdan çıxarmağa məcbur olub. O, uşağı və qadını
Rusiyanın Sank-Peterburq şəhərinə göndərib.
CityPost.az saytının yazdığına görə, ana və övlad uzun müddət orada
yaşadıqdan sonra İlqarın təhsil alması məqsədi ilə Almaniyaya köçüblər. Son illər
orada yaşayırlar.
Mənbənin məlumatına görə, İlqar (Oleq) yay aylarında Bakıya istirahətə gəlir.
Bu zaman onun atası ilə də görüşdüyü bildirilir. İlqar Ağamalıyev hazırda
biznes fəaliyyəti ilə məşğuldur.
Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı faktı təsdiqləyib. Bunu “cavanlıq səhvi”
adlandırıb.
“Hər kəsin gənclikdə səhvləri ola bilər. Cavanlıqda çoxunun həyatında belə şeylər
olur. Mən niyə danmalıyam ki? Cinayət deyil ki? Hər kəsin şəxsi həyatı ola bilər...
Bəli, belə bir romanım olub. Bu gün İlqar və anası ilə əlaqəm yoxdur. Onlar öz
həyatlarını yaşayırlar. Lazım olan vaxtlarda köməkliyimi göstərmişəm. Bu məsələ
ilə bağlı məni ancaq həyat yoldaşım günahlandıra bilər. Ona da zamanında səhv
etdiyimi demişəm. Ondan bu səhvə görə üzr istədim. Vəssalam... Bunun heç kimə dəxli
yoxdur. Həyatdır, bir neçə dəfə evlənmək olar. Tramp üç dəfə evlənib... Burda qəribə
nə varki?”, - deyə Fəzail Ağamalı bildirib.
Ancaq Fəzail
Ağamalının açıqlaması da bu məsələni gündəmdən çıxartmadı. Bu dəfə onun
nigahdankənar nəvələri gündəmə gətirildi. Bir sıra media qurumları belə bir xəbər
tirajladı ki, Fəzail Ağamalının hər kəsdən gizli saxladığı İlqar Ağamalı
hazırda Almaniyada yaşayır və onun iki oğul övladı var. İlqar Ağamalı övladının
birinə atasının adını verib. Digər oğlunun adı isə Borisdir.
Yazılanlara görə,Fəzail
Ağamalının qeyri-rəsmi əlaqəsi olan həmin qadının adı İradır. O, Elmlər
Akademiyasında çalışıbmış. Sayt yazır ki, ailə hazırda Almaniyanın Hamburq şəhərində
yaşayır. Fəzail Ağamalının rus xanımdan evlilikdən olan nəvələri 12 və 14
yaşındadırlar.
Təbii ki,
uzun illər hər kəs üçün sirr kimi saxlanan bu faktın məhz qurultay olayından
sonra üzə çıxarılması xeyli təəcüb doğurur. Etimal edilir ki, kimlərsə Fəzail
Ağamalının bir dəfəlik sonunu gətirmək istəyir. Bunun üçün də bütün imkanlardan
istifadə edilir. Oğulu ata ilə düşmən edənlər Fəzail Ağamalının nigahdankənar
övladının olması faktına da ortaya atması ilə ona daha sarsıdıcı zərbə vurmaq
istəyirlər.
Bəzi
ehtimallara görə Fəzail bəyin ipliyini bazara oğlu Elçin çıxarıb. Lakin bu o qədər
də məntiqli görünmür. Çünki bəzən elə faktlar tirajlanır ki, onlardan yəqin ki,
heç Elçinin də xəbəri yoxdur. Elçin də yəqin ki, kimlərinsə sifarişi ilə ortaya
düşüb.
Məsələn bir
neçə gün əvvəl Fəzail Ağamalı ilə Ramiz Mehdiyevin birgə şəkli paylaşıldı. Bu şəkilsə
nə az, nə çox düz 37 il əvvəl lentə alınıb. O zaman Fəzail Gəncədə pedaqoji fəaliyyətdə
olub. Və Gəncəyə gələn Ramiz Mehdiyev onunla işgüzar görüş keçirib.
Hələ son dönəmlərdə
Fəzail Ağamalının Ramiz Mehdiyevə ünvanladığı tərif dolu məktubunu demirik...
Bütün bunlar
bir daha onu sübut edir ki, Fəzail Ağamalının fiziki cəhətdən məhv eləmək üçün
bəzi qüvvələr səfərbər olub.
Nəzərə alaq
ki, Fəzail Ağamalı ürək-damar xəstəliyindən əziyyət çəkir.
News365.az