“Fransa, Ermənistanla münasibətlərimizin normallaşmasında iş görməyəcək“- Politoloq

“Fransa, Ermənistanla münasibətlərimizin normallaşmasında iş görməyəcək“-  Politoloq
17 Apr 2024 11:50

"Azərbaycan Fransa münasibətlərində son 3 il yarımda ciddi gərginliklər var. Fransa Azərbaycanın daxili işlərinə qarışmaq, Azərbaycanı beynəlxalq səviyyədə ittiham etmək xəttini tutub".

Politoloq Oktay Qasımov bunu news365.az-a açıqlamasında bildirib. 

"Fransa Ermənistanı açıq şəkildə revanşizmə sürükləyən ölkə rolunda çıxış edir. Ermənistanı silahlandıran, beynəlxalq səviyyədə dəstək verən əsas ölkə sayılır.  44 günlük savaşdan bu günə qədər Fransa ən azı beş dəfə Azərbaycanı BMT təhlükəsizlik şurasında məsələ qaldıraraq, ittiham etməyə çalışıb. Ümumiyyətlə sülh prosesinə ciddi zərər vuran tərəf kimi Fransa öz mövqeyini ortaya qoyub. 2020-ci ilin noyabrında 44 günlük savaş bitəndən sonra Fransanın parlamenti keçmiş separatçı rejimin müstəqilliyinin tanınmasında qərarlar qəbul edib. Fransa prezidentinin ardıcıl şəkildə anti-azərbaycan mövqeyini müşahidə etməkdəyik. Nəhayət 2022- cı ilin oktyabrında Praqada keçirilən dört tərəfli görüşdən sonra sanki belə bir rəy formalasdi ki, tərəflər sülhə çox yaxındır. Artıq maneyələr ortadan qalxıb, amma həmən görüşün iştirakçısı olmuş Fransa prezidenti bir həftə sonra mətbuata verdiyi müsahibədə Azərbaycana qarşı qəbul edilməz təxribat xarakterli qərəzli fikirlər səsləndirdi ki,  Fransa Azərbaycan və Ermənistan münasibətlərinin normallaşmasında heç bir iş görməyəcək" -deyə əlavə edib.

Vəfa Vəliyeva, News365.az


Youtube kanalımız

Oxşar xəbərlər