Fransa Ermənistanı silahlandırmaqda davam edir

Fransa Ermənistanı silahlandırmaqda davam edir
18 İyn 2024 16:38

Fransa dayanmaq istəmir. Rəsmi Paris hər vəchlə Cənubi Qafqazda münaqişənin alovlanmasına çalışır. Bu məqsədlə Ermənistanı silahlandırır.

Yeni sözləşməyə əsasən bu dəfə Ermənistan Fransadan SEZAR haubitsaları alacaq. Bundan əvvəl İrəvan KNDS müdafiə konserni ilə əməkdaşlıq müqaviləsi imzalamışdı. Fransanın müdafiə naziri Sebastyan Lekornu ötən gün bildirib ki, Paris İrəvana SEZAR özüyeriyən artilleriya sistemləri verəcək.

Nazir haubitsaların tədarükü ilə bağlı müqavilənin bağlanmasını “yeni mühüm mərhələ” adlandırıb. O əlavə edib ki, Fransa müdafiə sənayesində Ermənistanla əlaqələri gücləndirir.

Qeyd edək ki, müqavilə Ermənistan Müdafiə Nazirliyinin rəhbəri Suren Papikyanın Fransaya səfəri zamanı imzalanıb. Hələlik, müqavilənin təfərrüatları açıqlanmır.

Nəzərə alaq ki, bundan əvvəl Ermənistanın müdafiə naziri Fransa-Almaniya müdafiə konserni olan KNDS ilə hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalayıb.

Göründüyü kimi Fransa hər vasitə ilə Cənubi Qafqaza soxulmaq istəyir. Bu məqsədlə rəsmi Paris Ermənistandan alət kimi istifadə edir.

İlhamə Qiyas, News365.az


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər