“Paris İrəvandan istifadə edir“- Zaxarova

“Paris İrəvandan istifadə edir“-  Zaxarova
26 İyn 2024 17:55

Paris İrəvandan öz fürsətcil məqsədlərinə çatmaq üçün istifadə edir.

News365.az APA-ya istinadən bildirir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.

O qeyd edib ki, hər yerdə olmaq və heç bir məsuliyyət daşımamaq Fransanın siyasətinə xas xüsusiyyətdir: "Cənubi Qafqazdakı münaqişə kontekstində isə Fransa tərəfinin onu həll etmək üçün milyonlarla imkanları var idi, məsələn, Minsk razılaşmaları.

Bu yalnız görüntü idi. Əsl təzahürlər başqa yerlərdə idi - anti-Rusiya yolunda Kiyev rejiminə qeyd-şərtsiz dəstək. Əslində isə Paris heç bir sülh müqavilələrində maraqlı olmayıb".


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər