Azərbaycanın iki güləşçisi Avropa çempionatında bürünc medal uğrunda görüşə çıxacaq

Azərbaycanın iki güləşçisi Avropa çempionatında bürünc medal uğrunda görüşə çıxacaq
26 İyn 2024 20:39

Azərbaycanın iki güləşçisi Serbiyanın Novi Sad şəhərində keçirilən U-17 Avropa çempionatında bürünc medal uğrunda görüşə çıxacaq.

Yarışın üçüncü günündə millinin 2 üzvü uğurlu çıxış edib.

Esra Məmmədli (49 kq) 1/8 finalda belaruslu Angelina Burkina (5:0), 1/4 finalda isə rusiyalı Anna Zlobina (6:5) üzərində qələbə qazanıb. Məmmədli yarımfinalda türkiyəli Nil Aktaşa minimal fərqlə (3:4) məğlub olub. Esra sabah bürünc medal uğrunda Laura Boqatiç (Xorvatiya) – Alyona Kolubay (Ukrayna) görüşünün qalibi ilə güləşəcək.

Fidan Babayeva (57 kq) debütdə serbiyalı Qabriyela Berkeçə heç bir şans tanımayıb – 9:0. Babayeva 1/4 finalda polşalı Maqdalena Siedidən güclü olub – 5:3. Babayeva finalın bir addımlığında gürcüstanlı Miranda Kapanadzeylə bacarmayıb – 0:8. Fidanın sabah üçüncü yer uğrunda qarşılaşmada rəqibi ya xorvatiyalı Lana Peziç, ya da rusiyalı Doljon Tsunquyeva olacaq.


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər