Dünya “qida müharibələri”nə doğru gedir - “Financial Times“

Dünya “qida müharibələri”nə doğru gedir  - “Financial Times“
26 İyn 2024 14:11

“Financial Times” Sinqapurda yerləşən Olam Agri kənd təsərrüfatı ticarət evinin baş direktoru Sani Verqezenin bəyanatına istinad edərək maraqlı məqalə dərc edib.

Nəşr yazır ki, geosiyasi gərginliklər və iqlim dəyişikliyi ölkələri tədarüklərin azalması səbəbindən münaqişəyə sövq edir, dünya “qida müharibələri”nə doğru gedir.

Verqeze hökumətlərin daxili ərzaq tədarükünü saxlamaq üçün qoyduğu ticarət baryerlərinin ərzaq inflyasiyasının pisləşməsinə səbəb olacağı ilə bağlı xəbərdarlıq edib: "Neft uğrunda çoxlu müharibələr aparmışıq. Ərzaq və su uğrunda daha çox müharibə edəcəyik".

Rusiyanın Ukraynaya təcavüzündən sonra 2022-ci ildə rekord gəlir əldə edən iri kənd təsərrüfatı treyderləri, qiymətləri yüksəltməklə inflyasiyaya təkan verməkdə günahlandırılırlar.

Qeyd olunur ki, zəngin ölkələrdə strateji mallar artıq kimi yığılıb qalıb ki, bu da beynəlxalq aləmdə onlara tələbatın və qiymətlərin artmasına səbəb olub: “Hindistan, Çin, hamısının bufer ehtiyatları var. Bu, yalnız qlobal problemi daha da gücləndirir”, - Olam Agri şirkətinin baş direktoru vurğulayıb.

Tural

News365.az


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər