219 nəfərdən 15-i sağdır - Yaşayan Milli Qəhrəmanlar

219 nəfərdən 15-i sağdır -  Yaşayan Milli Qəhrəmanlar
26 İyn 2024 17:47

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev I Qarabağ müharibəsinin şəhid döyüşçüsü Natiq Qasımova "Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi ilə bağlı sərəncam imzalayıb.

Natiq Qasımov Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə ölümündən sonra bu fəxri ada layiq görülüb.

News365.az-ın məlumatına görə, bununla da Milli Qəhrəman adını alanların sayı 219-a çatıb. 

Bundan əvvəl "Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdikləri igidliyə görə general-mayor Polad Həşimova (ölümündən sonra), polkovnik İlqar Mirzəyevə (ölümündən sonra) və İbad Hüseynova verilmişdi.

Beləliklə, hazırda Azərbaycanın 219 Milli Qəhrəmanından 15 nəfəri sağdır.

Onların adlarını şəkillərinin sıralanması üzrə təqdim edirk:

1. Bəxtiyar Allahverdiyev

2. İntiqam Atakişiyev

3. Rövşən Əkbərov

4. Vahid Quliyev

5. Mirzə Quliyev

6. Şahin Tağıyev

7. Fəxrəddin Cəbrayılov

8. Ehtiram Əliyev

9. Fariz Qəhrəmanov

10. Mədət Quliyev

11. Zabit Quliyev

12. Fariz Mədətov

13. Mövsüm Məmmədov

14. Sahil Məmmədov

15. İbad Hüseynov


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər