Rusiyada sərnişin qatarının 9 vaqonu relsdən çıxaraq aşıb

Rusiyada sərnişin qatarının 9 vaqonu relsdən çıxaraq aşıb
26 İyn 2024 20:58

Rusiyanın Komi Respublikasında Vorkuta-Novorossiysk sərnişin qatarının 9 vaqonu relsdən çıxaraq aşıb.

Bu barədə Rusiya Dəmir Yollarının məlumatında deyilir.

Hadisə yerinə təcili tibbi yardım briqadaları göndərilib, sərnişinlərə kömək üçün tədbirlər görülür.

Qatarların hərəkəti dayandırılıb. Xəsarət alan sərnişinlərin sayı açıqlanmayıb. Kominin rəhbəri Vladimir Uiba qatar qəzasının baş verdiyi əraziyə gedib.


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər