Mənsum İbrahimov Mədəniyyət naziri və Alim Qasımovla birgə Özbəkistanda - FOTO

Mənsum İbrahimov Mədəniyyət naziri və Alim Qasımovla birgə Özbəkistanda -  FOTO
27 İyn 2024 00:01

 

Xalq artisti Mənsum İbrahimov Mədəniyyət naziri Adil Kərimli və həmkarı Xalq artisti Alim Qasımovla birgə Özbəkistanın Zomin şəhərinə yollanıblar.

Bu haqda M.İbrahimov sosial şəbəkə hesabında məlumat yayıb.

Xalq artisti səfərin məqsədinin sözügedən şəhərdə sabah keçiriləcək Beynəlxalq Muğam festivalı ilə əlaqədar olduğunu bildirib.

Mənsum İbrahimov nazir və həmkarı ilə birgə çəkilən xatirə fotolarını izləyiciləri ilə bölüşüb.

Xanəndə həmçinin əlavə edib ki, mədəniyyət naziri və Alim Qasımov festivalda onunla birgə fəxri qonaqlar qismində iştirak edəcəklər.


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər