Fırıldaqçılar indi də Telegrama dadanıblar - VİDEO

Fırıldaqçılar indi də Telegrama dadanıblar - VİDEO
27 May 2025 11:10

Fırıldaqçılar Vatzap proqramından sonra indi də Telegram-da  fəallaşıblar. Dünyada, xüsusən də Rusiyada özlərini tanınmış marketpleyslərin nümayəndəsi kimi təqdim edənlər peyda olub ki, onlar insanlara asan şəkildə pul təklif edirlər, bunun müqabilində sadəcə “bəyənmə”lər edilir. Məsələyə hətta Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin İnformasiya və Kommunikasiya Texnologiyalarının Qanunsuz İstifadəsi ilə Mübarizə İdarəsi də reaksiya verib. 


Qurum aydınlaşdırıb ki, fırıldaqçılar iri şirkətlər adından kiçik bir mükafat müqabilində sosial şəbəkə istifadəçilərinə sadə tapşırıqları yerinə yetirməyi təklif edirlər. Onlar səsli mesajlardan istifadə edirlər. Bundan sonra etimad qazanan fırıldaqçılar müxtəlif bəhanələrlə pul-ilkin sərmayə tələb etməyə başlayırlar - “malların alınmasından” tutmuş, gəliri artırmaq üçün “mükafat üçün giriş”ə qədər bəhanələr səsləndirilir.

Bəzən potensial qurbanlar gələcək birgə iş, qazanc üçün cihazlara, qacetlərə xüsusi proqram quraşdırmağa inandırılır. Əslində, bu, cihazınıza zərər verə biləcək və ya şəxsi məlumatlarınızı oğurlaya biləcək zərərli proqram ola bilər.

Bu fırıldaq sxeminə daha çox gənclər, xüsusən tələbələr və çevik iş saatları ilə natamam iş axtaranlar qurban kimi düşürlər. Bu cür təkliflərə məhəl qoyulmamalı və internetdə işlə bağlı hər hansı məlumatın mənbələrini diqqətlə yoxlanılması tövsiyə olunur.


Tural


Sizin reklam burada
Sizin reklam burada