Fidan və Rubio İstanbul görüşünü müzakirə etdi

Fidan və Rubio İstanbul görüşünü müzakirə etdi
03 İyn 2025 19:15

Türkiyə xarici işlər naziri Hakan Fidan və ABŞ Dövlət katibi Mark Rubio arasında telefon danışığı baş tutub.


News365.az xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.


Bildirilib ki, tərəflər Ukrayna böhranı başda olmaqla, regional və qlobal məsələləri müzakirə ediblər.


Tərəflər dünən İstanbulda baş tutan Rusiya-Ukrayna danışıqları və onun nəticələrini dəyərləndiriblər. İstanbul görüşünün sülh üçün zəmin yaradacağı ifadə edilib.


Bundan əlavə, Fidan və Rubio Suriyadakı son vəziyyət və Qəzzada yaşanan humanitar böhran barədə də fikir mübadiləsi a

parıblar.



Sizin reklam burada
Sizin reklam burada