FHN intensiv yağışlarla bağlı tədbirlər həyata keçirir

FHN intensiv yağışlarla bağlı tədbirlər həyata keçirir
18:31

ötən gecədən başlayaraq Bakıda və Abşeron yarımadasında intensiv yağışlar yağıb, düşən yağıntının miqdarı 103 mm qeydə alınıb ki, bu da aylıq normanın 523 %-ni təşkil edir.

FHN Mətbuat xidmətindən News365.az-a verilən məlumata görə, bununla əlaqədar, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv yağışların yaratdığı fəsadların aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülür. 

Belə ki, FHN-in Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətləri, Mülki müdafiə qoşunları və Bakı Regional Mərkəzi tərəfindən Bakı şəhərinin müxtəlif istiqamətlərində, Sumqayıt şəhəri və Abşeron rayonunda su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirləri həyata keçirilir.

İşlər bir sıra istiqamətlərdə yekunlaşıb, bəzi ünvanlarda hazırda davam edir.


Sizin reklam burada
Sizin reklam burada