Fərid Axundov: “Azərbaycan kapital bazarının gəlirliyi 100 dəfə arta bilər“

Fərid Axundov:  “Azərbaycan kapital bazarının gəlirliyi 100 dəfə arta bilər“
18 İyn 2024 18:16

Azərbaycanın kapital bazarında investisiya şirkətlərinin gəlirliliyi 2,5 milyard manatadək arta bilər.

Bunu açıqlamasında Bakı Fond Birjasının (BFB) Müşahidə Şurasının sədri Fərid Axundov deyib.

Onun sözlərinə görə, hazırda ölkənin fond bazarında təmsil olunan 12 investisiya şirkəti ildə ümumilikdə 25-30 milyon manat gəlir əldə edir: “Lakin 10 il ərzində bu rəqəmi 2,5 milyard manata çatdırmaq olar”.

Bu məqsədə nail olmaq üçün BFB-nin 2024-2026-cı illər üzrə Strateji İnkişaf Planında dövlət müəssisələri tərəfindən istiqraz emissiyasının artımının təşviq edilməsi, institusional istiqraz investorları bazası, kapital bazarları və investisiya məhsulları haqqında məlumatlılığın artırılması, korporativ istiqrazların emissiyasının təşviqi, fərdi investorlar üçün maarifləndirici tədbirlərin keçirilməsi, fərdi investorların fond bazarında iştirakını asanlaşdırmağa yönəlmiş tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Strategiya kapital bazarları vasitəsilə dövlət sektorunun maliyyələşdirilməsinin artırılmasını nəzərdə tutur. Eyni zamanda, istiqrazların həcmi üzrə proqnozlaşdırılan artım potensialı 1,3 milyard manat təşkil edir. Üç il ərzində institusional investorların iştirak potensialının 2,5 milyard manata çatacağı gözlənilir. Real sektorun kapital bazarları vasitəsilə maliyyələşdirilməsi korporativ istiqrazların həcmini 1,5 milyard manat artırmaq potensialına malikdir. Fərdi investorların proqnozlaşdırılan potensialı 280 milyon manat həcmində qiymətləndirilir. Fərdi investorların səhmlərin yerləşdirilməsinə yatıracağı investisiyaların həcmi 165 milyon manat, özəl müəssisələrin səhmləri bazarının kapitallaşdırılmasının həcmi isə 500 milyon manat nəzərdə tutulur.


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər