Azərbaycanda toyuq bolluğu dövrü BAŞLAYIR: Toyuğun özü Rusiyaya, ayaqları Çinə SATILACAQ

Azərbaycanda toyuq bolluğu dövrü BAŞLAYIR:  Toyuğun özü Rusiyaya, ayaqları Çinə SATILACAQ
25 İyn 2024 18:24

"Mən "Siyəzən Broyler", "Səba Broyler", "Giləzi Quşçuluq" MMC və digər toyuq fabrikləri ilə danışmışam. Azərbaycandan xarici ölkələrə, xüsusən də Rusiyaya toyuq ixracı olmayıb. Amma, mən bildiyim qədəri, "Giləzi Quşçuluq", "Siyəzən Broyler" və "Mərcan Broyler" hazırda Rusiya ilə ixrac sənədləşməsində qeydiyyatdan keçib və qarşıda planlanır ki, daxili təlabat ödənərsə, bu ölkəyə toyuq ixrac olunsun".

Bunu açıqlamasında “Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Asossasiyası” İctimai Birliyinin sədri, iş adamı Mürvət Həsənli deyib.

O bildirib ki, toyuq əti istehsalında Azərbaycandan Rusiyaya toyuq ayaqlarının ixrac olunması gözlənillir:

"Bu da Rusiyaya ixrac olunmur, adıgedən dövlət üzərindən Çinə ixrac olunacaq. Çin ilə Azərbaycan arasında sertifikatlaşdırma prosesləri getdiyinə görə, hələki toyuq ayaqları Rusiyaya satılır. Rusiyada bu məhsul növləri toparlanıb, daha sonra Çinə satılacaq".


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər