Fəhlə bəbiri yalın əllə zərərsizləşdirdi - FOTO

Fəhlə bəbiri yalın əllə zərərsizləşdirdi - FOTO
11:01

Hindistanda maraqlı hadisə baş verib. "Straits Times"in yaydığı məlumata görə, bəbir inşaat işçisinə hücum etsə də hindistanl vəhşi heyvanla mübarizə apara bilib.

Hadisə Pilbhit rayonundakı kərpic zavodunda baş verib.

"Mixael Qautam adlı şəxs sobadan kül çıxararkən qəfildən bəbir onun üzərinə tullanıb. Fəhlə yalın əlləri ilə yırtıcını ram edib, onu tutaraq bütün ağırlığı ilə yerə sıxıb. Bu zaman Qautamın həmkarları bəbirə kərpic və daş atmağa başlayıblar. Hadisə yerinə gələn baytarlar trankvilizatorlardan istifadə edərək heyvanı hərəkətsizləşdirə biliblər",- nəşr yazıb.

Çoxsaylı yaralardan əziyyət çəkən Qautam həkimə müraciət edib.

Qeyd edək ki, Hindistanda bəbir hücumu adi hal alıb.

Tural


Sizin reklam burada
Sizin reklam burada