"Putin-Tramp görüşü sanksiyalardan yayınmaq və prosesi uzatmaq məqsədi daşıyır".
Politoloq Məhəmməd Əsədullazadə News365.az-a açıqlamasında bildirib ki, Vladimir Putin son aylarda Donlad Trampın bir neçə görüşünü qəbul etməyib və 6 dəfə telefon danışığını da rədd edib. Bu səbəbdən həm siyasi böhran yaranıb, həm də diplomatik əlaqələr dayandırılıb.
Əsədullazadə qeyd edib ki, Trampın Rusiyaya 50 gün sonra növbəti səfəri üçün 10 günlük vaxt avqustun 8-də başa çatıb. Ondan əvvəl isə Putin Trampa müəyyən şərtlər irəli sürüb və tərəflər razılığa gəlib, nəticədə Moskva görüşü təşkil olunub. Politoloq vurğulayıb ki, Putin bu görüşlə həm sanksiyalardan yayınmaq, həm də prosesin uzadılmasını hədəfləyib.
Alaskada keçiriləcək bugünkü görüş proqramına görə əvvəlcə liderlər təkbətək görüşəcək, daha sonra isə nümayəndə heyətlərinin iştirakı ilə 5-ə qarşı 5 formatında danışıqlar aparılacaq.
Rusiya nümayəndə heyətinə Xarici İşlər Naziri Sergey Lavrov, Prezidentin köməkçisi Yuri Uşakov, Baş nazirin birinci müavini Andrey Belousov və Maliyyə Naziri Anton Siluanov daxildir".