"İran “Tramp Marşrutu”na görə Azərbaycandan qisas alır"
News365.az xəbər verir ki, Nəqliyyat eksperti Aslan Əsədov sosial şəbəkə hesabında İran-Azərbaycan sərhədində yaşanan vəziyyətlə bağlı paylaşım edib.
Onun sözlərinə görə, İran tərəfdə sərhəddə gözləyən sürücülər yeni prosedurdan narazı qaldıqda, iranlı məmurlar onlara “Tramp Marşrutu”ndan istifadə etməyi tövsiyə edirlər.
Daşıyıcılar bildirirlər ki, artıq neçə gündür sərhədin toz-torpaqlı ərazisində yeməksiz, susuz və tualetsiz şəraitdə gözləməyə məcbur qalırlar. İddialara görə, İran rəsmiləri guya növbənin böyük olması bəhanəsi ilə avtomobilləri nəzarət xəttinə deyil, səhraya yönləndirir və oradan gündə cəmi bir-iki maşın buraxırlar.