Ryazan vilayətinin Şilovski rayonunda bir müəssisədə baş verən hadisə ilə əlaqədar qubernator bələdiyyə səviyyəsində fövqəladə vəziyyət elan edib.
TASS-a istinadən News365.az xəbər verir ki, bu qərar vəziyyətin yaratdığı problemlərin aradan qaldırılması və əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə verilib. Hadisə yerində aidiyyəti qurumlar tərəfindən zəruri təhlükəsizlik və bərpa işləri həyata keçirilir.
News365.az