Şanlıurfanın Eyyübiye rayonuna bağlı Yavuz Selim məhəlləsində inşaat işçisi Sinan Ejder (30) və həyat yoldaşı Kadriye Ejder (27) evlərində silahla vurulmuş vəziyyətdə ölü tapılıblar.
News365.az xəbər verir ki, qonşuların verdiyi məlumata görə, səhər saatlarında evdən ard-arda atəş səsləri eşidilib. Narahat olan qonşular 112 Təcili Yardım Mərkəzinə zəng edərək hadisəni bildiriblər. Hadisə yerinə gələn polis və təcili tibbi yardım briqadaları cütlüyün cansız bədənini aşkar ediblər.
Araşdırmalar zamanı cütlüyün 5 yaşlı qızı Dicle’nin evdə olmadığı müəyyən edilib. Polis uşağın tapılması üçün həm məhəllədə, həm də ətraf rayonlarda genişmiqyaslı axtarışlara başlayıb.
Hadisə yerinə gələn yaxınları sinir böhranı keçirib, məhəllə sakinləri isə ailənin sakit və öz həyatlarını yaşayan insanlar olduğunu bildirib.
Sinan və Kadriye Ejderin cəsədləri hadisə yerində aparılan ekspertizadan sonra müayinə üçün Adli Tibb müəssisəsinə aparılıb. Polis həm qətlin üstünü açmaq, həm də itkin düşmüş Dicle’ni tapmaq üçün araşdırmalarını davam etdirir.
News365.az