“Bəzi dostlar və tanıdığım jurnalistlər müraciət edirlər ki, Akif Nağı (Azad Vətən Partiyasının sədri) sizin barədə MediaTürk TV-də müsahibəsində sərt ittihamlar səsləndirib. Qonşu dövlətin maraqlarının alovlu müdafiəçisi kimi tanıdığım bu adamın təxminən hansı fikirləri səsləndirə biləcəyini proqnozlaşdırdığıma görə öncə bu çağırışlara diqqət yetirmədim. Söylədim ki, bütün QUMcuqlara cavab vermək yalnız mənim işim deyil ki? Buyurub sizlər də cavab verin, çünki burada mənim şəxsimi hədəf almaq onun öz iradəsi ilə gerçəkləşmir ki? Bütövlükdə maskalanaraq sözdə millətçi, cəbhəçi, Qarabağın azadlığı uğrunda mübariz kimi cəmiyyətə sırınmış bu qəbildən olan insanların ifşa olunması üçün mən artıq əlimdən gələni etmişəm”.
News365.az xəbər verir ki, bu sözləri Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Böyük Quruluş Partiyasının rəhbəri Fazil Mustafa bildirib.
Onun sözlərinə görə, özünə qarşı təşkil edilmiş terror aktında “Qumçu” şəbəkənin birbaşa rolu var: Sezar pizza
“Son kitabım olan “Cəhalət gülləsi, aydınlıq çiləsi” birbaşa bu mövzuya həsr edilib və orada Akif Nağı və bütün QUMçu şəbəkəyə qarşı apardığım mübarizənin bir çox məqamları əks olunub. Axı tarix üçün bunlar olduqca vacibdir, çünki şəxsimə qarşı məlum terror hadisəsi ilə bağlı keçirilən məhkəmə prosesi də göstərdi ki, bu şəbəkə xərçəng caynaqlarını dövlət idarəçiliyi, siyasət və həyatımızın başqa sferalarına uzada bilmişdir. Sadəcə bir çox hallarda səfəviçilik, güney azərbaycançılıq, məzhəb təəssübkeşliyi terminlərinin arxasında gizlənməklə öz məqsədlərini gerçəkləşdirirlər. İllərdir həyatımız, canımız bahasına bu şəbəkə ilə apardığımız mübarizənin mahiyyəti ağıllı insanlarımız tərəfindən dəqiq anlaşılır”.
Deputat qeyd edib ki, Azərbaycan dövlətçiliyi üçün ən ciddi təhlükə cəhalət kolonudur: “Hər zaman söylədiyimi bir daha təkrarlayıram: Müstəqil, dünyəvi, milli Azərbaycan dövləti üçün 5-ci kolon deyilən təhlükənin bir adı var- o da Cəhalət kolonudur. Bunu da din-məzhəb-təriqətlər üzərindən yaratmışlar və alt qatımızda cəhalət virusunu elə yerləşdirmişlər ki, dünyəvi dövlətimizin acazıq zəifləyə biləcəyi anda kənardan idarə edərək hərəkətə keçirməyi hədəfləyirlər. Ancaq yenə də qərara aldım ki, çıxışı dinləyim. Gerçəkdən də bu diplomlu savadsız adam başından çox-çox böyük danışmış. Əsla bunu təhqir məqsədi ilə söyləmirəm”.
F.Mustafa statusunda Akif Nağını sərt tənqid edib:
“Adam özünün yerli qəzetlərin birində çap olunan elmlə, tədqiqatla əlaqəsi olmayan, sadəcə bir məzhəb cəfakeşi kimi özünü təqdim etdiyi sıradan bir məqaləsini “sanballı” adlandırırsa, başqa bir ifadə tapmaq olduqca çətindir. Ötə yandan onun çıxışının da ittihamdan daha çox məqsədyönlü iftira xarakteri daşıdığını bir neçə müqayisədə rahat şəkildə göstərə bilərəm. Adam söyləyir ki, Fazil Mustafa hüquqşünas kimi elmi əsər yaza bilməyib, dönüb fəlsəfi, tarixi əsərlər yazıb və disstertasiya müdafiə edib. Paho, nə qədər ağır bir ittiham! Həm də bunu bir normal elmi əsər yazmaq qabiliyyəti olmayan tarix elmləri namizədi söyləyir. Adam elə düşünüb ki, hüquq sahəsi fəlsəfədən daha çətindir, o zaman gərək hüquqi biliklərimi isbatlamaq üçün 31-ci kitabımı bu mövzuya həsr edim. Yaxud da qanun layihələri ilə bağlı Milli Məclisdə son iyirmi ildə etdiyim peşəkar hüquqşünas çıxışlarını dərs vəsaiti olaraq ağayi Akif Nağıya gərək əlavə savad alması üçün təqdim edim. Bu minvalla, bu gün kimsə böyük filosof Karl Yaspersə niyə həkim olduğu halda fəlsəfədən əsər yazmasını irad olaraq bildirməkdə haqlı sayılmalıdır. Bu cür boş-boş danışanlara həmişə bir sözüm olur: götür hər hansı kitabımın elmi tənqidini yaz! Yaxud da öz kitabını ortaya qoy ki, onun üzərindən müzakirə aparaq! Digər tərəfdən, mənim yazdığım kitablarda çox sayda mənbələr araşdırdığımı, onları bir yerə yığdığımı, lakin öz fikrimin olmadığından bəhs edir. Ardınca da kitablarımdan qeyd etdiyi onlarla orijinal fikir və mülahizəni zərərli adlandırır”.
Parlament üzvü vurğulayıb ki, İslamın mahiyyətini hələ də dərk etməyən bu şəxslər səbəbsiz yerə məzhəb bölücülüyündən bəhs etmirlər:
“Maraqlıdır ki, bütün bu iftiralardan, Babəkə, Şah İsmayıla münasibət məsələsindən sonra dərhal əsas paxlanı ağzından çıxarır: "Bizim məzhəbimizə qarşı yazıları dövlətimizə, millətimizə qarşı düşmənçilikdən xəbər verir". Maraqlıdır ki, bu ifadələri Azərbaycanda leqal fəaliyyət göstərən bir partiya rəhbəri səsləndirir. Və o şəxsə qarşı söyləyir ki, illərdir sünnisinə, şiəsinə, nurçusuna, süleymançısına, eləcə də məzhəbçiliyin, təriqətçiliyin, etnik separatçılığın hər növünə qarşı ardıcıl mübarizə aparır, müsəlman terminindən başqa hansısa bir tanıtımın İslam dini adına səsləndirilməsinə qarşı sərt mövqe sərgiləyir. İslamın mahiyyətini hələ də dərk etməyən bu şəxslər səbəbsiz yerə məzhəb bölücülüyündən bəhs etmirlər. Bu ünsürlərin mənəvi qida aldığı mənbələr məhz bu çağırışlara görə onları dəstəkləyirlər”.