Faiq Ağayev: " o mahnı mənim qismətim idi"

Faiq Ağayev: " o mahnı mənim qismətim idi"
04 May 2023 21:15

"Yaşın nə fərqi var" mahnısı mənim qismətim idi.

News365.az xəbər verir ki, bu sözləri xalq artisti Faiq Ağayev bildirib.

"İki mahnı mənim qismətimdə olub. Allah elə gətirib ki, başqasına qismət olub. İlhamə xanım gözləməyi sevmirdi. Novruz müəllim zəng etdi mənə o mahnı üçün. Dedim ki, mən hələ 12 gün gələ bilməyəcəm. Dedi tamam, amma yağlı tikə gedir əldən. Dönəndə baxdım ki, Rəşad İlyasov oxuyub və o mahnının fanatlarından biri də mənəm. Həm İlhamə xanım, həm də Rəşad çox gözəl oxuyub. Məndən soruşsalar ki, hansı mahnını oxumadığın üçün peşmansan, o mahnını deyərdim"


Sizin reklam burada
Sizin reklam burada