“Evdə tək” filmlərində baş qəhrəmanın anasını canlandıran amerikalı aktrisa Ketrin Ohara 72 yaşında vəfat edib.
News365.az xəbər verir ki, bu barədə "TMZ" portalı mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunur ki, aktrisa yanvarın 30-da dünyasını dəyişib. Ölümün səbəbi hələlik açıqlanmayıb.
Ketrin Ohara 1990-cı ildə çəkilmiş Evdə tək və 1992-ci ildə ekranlara çıxan Evdə tək 2: Nyu-Yorkda itmiş filmləri ilə geniş tamaşaçı auditoriyası tərəfindən tanınıb.