Marsı araşdıran Curiosity kosmik aparatı təsadüfən bir qaya parçasını əzib və onun içərisində saf kükürd kristalları aşkarlanıb.
News365.az xəbər verir ki, Marsda əvvəllər kükürd tərkibli duzlara rast gəlinmişdi, lakin alimlər ilk dəfədir ki, təmiz, elementar kükürd aşkar ediblər.
Məlumata görə, kəşfdən əvvəl tədqiqatçılar həmin ərazidə saf kükürdün yaranması üçün şəraitin olmadığını düşünürdülər. Yeni tapıntı Marsın geoloji keçmişində hələ tam öyrənilməmiş proseslərin baş verdiyini göstərir.
Bildirikib ki, kükürd bütün canlı orqanizmlər üçün vacib element hesab olunur.
Alimlərin fikrincə, bu kəşf Marsın keçmişdə yaşayış üçün uyğun şəraitə malik ola biləcəyini ehtimal etməyə əsas yaradır.