Bakıda baş verən insidentə görə saxlanılan ictimai fəal Əhməd Məmmədlinin cinayət işi ilə bağlı məhkəmə keçirilib.
News365.az xəbər verir ki, bu barədə jurnalist İzolda Ağayeva məlumat paylaşıb.
O bildirib ki, Ə.Məmmədliyə 6 il həbs cəzası verilib.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxsin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
İttihama görə, ötən il mayın 6-da 1988-ci il təvəllüdlü Vüqar Rasim oğlu Dünyamalıyevə Biləcəri qəsəbəsi R. İsmayılov küçəsində qarın boşluğundan bıçaqla xəsarətlər yetirilib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxsin 2001-ci il təvəllüdlü Əhməd Vüqar oğlu Məmmədli olduğu müəyyən edilib və o, saxlanılıb.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılıb. Hadisəyə taksidə yer üstündə mübahisənin səbəb olduğu bildirilib. Əhməd Məmmədli barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.