İngiltərədə bir nəfər tarixi qəpiyi yol pulu kimi avtobus sürücüsünə verib.
News365.az xarici mediaya istinadla xəbər verir ki, sürücü də qəpiyi aparıb nəvəsinə verib ki, oynaysın.
Uzun illər sonra məlum olub ki, həmin qəpiyin yaşı 2 000 ildən çoxdur.
Məlumata görə sözügedən qəpik Finikiya mədəniyyətinə aiddir və üzərindəki təsvir Heraklın təsviridir.
Sikkənin sahibi onun tarixini öyrəndikdən sonra qəpiyi muzeyə bağışlayıb.