"Tehran mövcud münaqişədə barışığa hazır deyil, lakin müharibənin gələcəkdə bir daha təkrarlanmayacağı şəkildə bitməli olduğu qənaətindədir".
"Azad İran" "Telegram" kanalının xəbərinə görə, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçı jurnalistlər üçün keçirilən brifinqdə bildirib.
Nazirin sözlərinə görə, İran mövcud vəziyyətdə "qürurlu müqavimət" nümayiş etdirir və bu xətti tərəddüdsüz davam etdirmək niyyətindədir.