Zaməddin İbrahimov Azərbaycana ekstradisiya edildi

Zaməddin İbrahimov Azərbaycana ekstradisiya edildi
19:00

Azərbaycanın beynəlxalq axtarışa verdiyi vətəndaşı Zaməddin Bəfadar oğlu İbrahimov Rusiyadan ekstradisiya edilib.

Bu barədə News365.az-a Baş Prokurorluqdan məlumat verilib.

Qeyd olunub ki, Rusiya Baş Prokurorluğu Azərbaycan tərəfinin vəsatətini təmin edib və Z.İbrahimov bu ölkə ərazisində saxlanılaraq Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin xüsusi konvoyunun müşayiəti ilə ölkəyə gətirilib.

Xatırladaq ki, Sumqayıt Hərbi Prokurorluğunda ibtidai istintaq edilən cinayət işi üzrə Z.İbrahimovun dələduzluq cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib və o, istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa verilib.


Sizin reklam burada
Sizin reklam burada